Şriftin ölçüsü :

Saytın rəngi :

“İntihar hallarının yaranma səbəbləri və onların aradan qaldırılması yolları” mövzusunda görüş keçirilib

16 mart 2021 | 09:03

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “İntihar hallarının yaranma səbəbləri və onların aradan qaldırılması yolları” mövzusunda  video formatda görüş keçirilib. Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin, Neftçala Rayon Gənclər və İdman İdarəsinin, Qeyri-Hökümət Təşkilatlarının məsul şəxsləri  iştirak edib. “İntihar hallarının yaranma səbəbləri və onların aradan qaldırılması yolları” mövzusunda olan görüşdə intihar hallarının mənfi nəticələri, ailədaxili münaqişələrin yeniyetmə və gənclərdə intihar düşüncəsinə səbəb olması barədə tədbir iştirakçılarına geniş məlumat verildi. Ümumtəhsil məktəblərində şagirdlərdə intihar düşüncəsinin qarşısının alınması üçün müəllim-şagird-valideyn sıx əlaqəli formada fəaliyyət göstərməsinin vacibliyi qeyd olunub. İntihar hadisələri ətrafında tədbir iştirakçıları çıxış edərək öz fikir və təkliflərini bildirdilər.

Keçidlər