Şriftin ölçüsü :

Saytın rəngi :

E L A N

17 mart 2021 | 03:03

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Neftçala Rayon İcra Hakimiyyəti başçısının  “17” sentyabr 2020-ci il tarixli “52” nömrəli Sərəncamı ilə Neftçala Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla  9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.
İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilir.
Bununla əlaqədar olaraq “16” mart 2021-ci il tarixdən etibarən 20 iş günü müddətində Neftçala Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur və “23” aprel 2021-ci il tarixində başa çatacaqdır.
İrəli sürülmüş namizədlər barədə aşağıdakı sənədlər əlavə edilməlidir:-
-şəxsiyyət vəsiqəsinin surəti,
-namizədin tərcümeyi-halı,
-namizəd hər hansı vətəndaş cəmiyyəti üzvü olduğu halda həmin üzvlüyü
  təsdiq edən sənədin surəti,

-şəxsi xarakterizə edən digər sənədlər (əmək kitabçasının və ya məlumatı
təsdiq edən digər sənədin surəti),

-namizəd barədə  vətəndaş cəmiyyəti institutu tərəfindən məlumat verən digər
sənədlər də təqdim edilə bilər.

Seçki ilə əlaqədar Neftçala Rayon İcra Hakimiyyətinin rəsmi internet poçt ünvanına və ya Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə müraciət oluna bilər.

 

 

  Neftçala Rayon İcra Hakimiyyəti yanında

  İctimai Şuraya seçki komissiyası.

Keçidlər