Neftçalada “Xocalıya Ədalət!” şüarı altında veloyürüş keçirilib
27 fevral 2021 | 04:03
Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Neftçala rayon Gənclər və İdman İdarəsi və Neftçala rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Xocalıya Ədalət!” şüarı altında veloyürüş keçirilib. Veloyürüş Dövlət Bayraq meydanından başlayaraq Heydər Əliyev prospekti istiqamətində 10 km məsafəni əhatə edib. Veloyürüş Xocalı abidəsi yanında yekunlaşıb. Gəncləri daha çox maarifləndirmək məqsədi ilə veloyürüşün sonunda Xocalıya Ədalət şüarları səsləndirilib.
Neftçala rayonunda 17:00-da Dövlət bayraqları endirilib və Xocalı soyqırımında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.