Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyətində Aqrar Sığorta Fondunun əməkdaşları ilə görüş keçirilib

10 fevral 2021 | 02:02

Koronavirus ( COVİD-19) pandemiyasını nəzərə alaraq məhdud sayda şəxslərin iştirakı ilə Neftçala Rayon İcra Hakimiyyətində Aqrar Sığorta Fondunun əməkdaşları ilə görüş keçirilib. Görüşdə Neftçala RİH Başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Firdovsi Ağaşirinov, Neftçala DAİM-in direktoru və digər əməkdaşlar  iştirak edib.
Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov çıxış edərək Aqrar Sığorta Fondunun  aqrar sahənin inkişafında mühüm rolundan danışıb. Mirhəsən Seyidov bildirib ki, aqrar sahədə sığortanın inkişaf etdirilməsi kənd təsərrüfatı məhsulları istehsalçılarının bu sahədə üzləşdikləri risklərin azaldılması, onlara dəymiş zərərin və itkilərin aradan qaldırılması, aqrar sektorun investisiya cəlbediciliyinin yüksəldilməsi, kənd təsərrüfatı sahəsində sabit biznes mühitinin yaradılması, o cümlədən bu sahə üzrə dövlət dəstəyi mexanizminin praktiki cəhətdən tənzimlənməsi vacibdir.
Görüş qarşılıqlı müzakirə və maarifləndirilməsi işinin təşkili qaydaları istiqamətində davam etdirilib.
Aqrar Sığorta Fondunun əməkdaşları DAİM-də yerli fermerlərlə görüş keçirib.

Keçidlər