Neftçalada Koronavirus (COVİD-19) vaksinləşmə prosesi ilə əlaqədar Operativ Qərargahın iclası keçirilib
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilməsindən sonra Neftçala rayonu ərazisində Koronavirus (COVİD-19) infeksiyasına qarşı vaksinləşmə prosesi ilə əlaqədar olaraq Neftçala Rayon İcra Hakimiyyətinin başçısı yanında Operativ Qərargahın yaradılması ilə əlaqədar olaraq iclas keçirilib. Koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması üçün 19.01.2021-ci il tarixindən başlanılmış və hal- hazırda 613 nəfər səhiyyə işçisi vaksinləşmə prosesindən keçib. Vaksinləşmə prosesinə dializli xəstələrdə qoşulub. İşçi qrupunun iclası zamanı, vaksinləşmə prosesinin mütəşəkkil keçirilməsi və artıq vaksinləşmə prosesinə cəlb olunan şəxslərin təcrübəsindən istifadə edərək əhalimiz arasında maarifləndirmə işlərinin aparılması üçün fikir mübadiləsi aparılıb.