Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu

05 dekabr 2020 | 06:12

Canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub.

İnsanlar şəhidlərimizin ruhu qarşısında baş əyib, onların xatirəsinə hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər. Nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən, gəmilərdən səs siqnalları verilib.

Anım gününün simvolu Şuşanın rəmzi sayılan “Xarı Bülbül”dür.

Qeyd edək ki, sükut dəqiqəsi Prezident İlham Əliyevin Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncamı ilə elan olunub.

Keçidlər