Neftçalada Prokurorluq İşçilərinin peşə bayramı qeyd edildi
03 oktyabr 2013 | 15:00
“1 Oktyabr – Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü” Neftçala rayonunda da təntənə ilə qeyd edildi. Neftçala Rayonu İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri və prokurorluq işçiləri rayonun mərkəzində yerləşən Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə əklil və gül dəstələri düzdülər. Sonra Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Neftçala Rayon Prokurorluğunun işçilərini peşə bayramları münasibətilə təbrik etdi.