Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkədə hərbi vəziyyətin elan olunması ilk növbədə xalq, dövlət və ordu birliyinə işarədir

30 sentyabr 2020 | 02:09

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  “Hərbi vəziyyətin elan edilməsi haqqında “ Fərman imzalayıb.
Sentyabrın 27-də Milli Məclisin payız sessiyasının xüsusi plenar iclasında  Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölkədə hərbi vəziyyətin elan olunması məsələsi müzakirə edilib. Müzakirələrdən sonra ölkədə hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı qərar qəbul olunub.
  Ölkədə hərbi vəziyyətin elan olunması və Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanının xalq tərəfindən dəstəklənməsi dünya ictimaiyyətinə ünvanlanmış siyasi mesajdır. Bu Azərbaycan xalqının ruh yüksəkliyi və haqq uğrunda mübarizəyə hazır olması barədə mesajdır. Hərbi vəziyyətin ölkədə elan olunması təkcə yüksək hərbi hazırlıqdan xəbər vermir, bu Fərman ilk növbədə xalq, dövlət və ordu birliyinə də işarədir. “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanın tələblərinə riayət etmək isə artıq hər bir vətəndaşın borcu və şəxsi məsuliyyətidir Ölkədə hərbi vəziyyətin elan olunması erməni təxribatlarına adekvat cavabdır. Yaşından və sosial statusundan asılı olmayaraq, minlərlə insanın könüllü kimi orduya yazılma faktı Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu  bir daha sübut edir.
Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti bəyan etdiyi dəyərlərə sadiqdir. Azərbaycan Ermənistandan fərqli olaraq işğalçı siyasət yürütmür. Dözümlülük, sülh və mədəniyyətlərarası dialoq bütün dövrlərdə olduğu kimi, bu gün də əsas siyasi və mənəvi dəyərlərdəndir. Məhz həmin dəyərlərin ölkədə və bütövlüklə regionda qorunması naminə Azərbaycan dövləti öz ədalətli müharibəsini aparır. Hərbi vəziyyət həm də milli birliyə çağırışdır. Bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha böyük milli həmrəyliyin şahididir.
“Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı bir daha sübut edir ki, Azərbaycan hökuməti və Azərbaycan xalqı artıq öz seçimini edib, bu seçim haqqın və tarixi ədalətin bərpa olunması qərarıdır.

Keçidlər