Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda növbəti qanvermə aksiyası keçirilib

04 sentyabr 2013 | 15:00

03 sentyabr 2013-cü il tarixdə Heydər Əliyev Fondunun dəstəyi ilə Neftçala rayonunda qanvermə aksiyası keçirilmişdir. Rayonun Mərkəzi Xəstəxanasında keçirilən xeyriyyə aksiyasına Rayon İcra Hakimiyyətinin, idarə və təşkilatların kollektivləri, hüquq mühafizə orqanlarının əməkdaşları və eləcə də rayon sakinlərindən olan gənclər həvəslə qoşulublar. Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədi ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları əvvəlcə qan vermək istəyən vətəndaşları müayinə ediblər.
Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun sözlərinə görə, aksiya zamanı könüllü qan vermək üçün xəstəxanaya müraciət edən 178 nəfərdən, ümumilikdə 35,6 litr qan götürülüb.
Tədarük olunan qan və qandan hazırlanan preparatlar hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Keçidlər