07 avqust 2013-cü il tarixində rayon rəhbərliyi tərəfindən iftar süfrəsi təşkil olunmuşdur
Rayon rəhbərliyi tərəfindən Ramazan bayramı münasibətilə avqustun 07-də “Bakı” şadlıq sarayında imkansız vətəndaşlara iftar süfrəsi təşkil edilmişdir.
Tədbir iştirakçılarını mübarək Ramazan ayı münasibəti ilə təbrik edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İ. Vəliyev bildirmişdir ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Buna görə də ölkəmizdə, eləcə də Neftçala rayonunda bu ayda iftar süfrələri təşkil olunmuşdur ki, bu da Azərbaycanda tolerantlığı nümayiş etdirir. Ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsi təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müdrik siyasət nəticəsində mümkün olmuşdur. Hazırda isə bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.
İ. Vəliyev belə tədbirlərin təşkil edilməsini cəmiyyətimizin vahidliyinin, ölkəmizdə dövlətlə din arasındakı sıx birliyin bariz nümunəsi kimi qiymətləndirmişdir.