Şriftin ölçüsü :

Saytın rəngi :

Bilik günündə Neftçalada iki yeni məktəb binasının açılışı olmuşdur

16 sentyabr 2020 | 09:09

Neftçala rayonunda təhsilin inkişafı üçün görülən işlər davam etdirilir.

Təhsil sahəsinin inkişafı Azərbaycanda prioritet istiqamətlərdən biridir. Ölkəmizdə təhsilin inkişafına böyük diqqət göstərilir. Azərbaycan təhsilinin bugünkü inkişafının mənbəyi ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan məqsədyönlü siyasətdən qaynaqlanır. Prezident İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparılaraq Ümummilli Liderin təhsil siyasəti uğurla davam etdirilir. Təhsilin müasir hədəflərinə doğru qəbul olunmuş strateji inkişaf sənədlərinin müddəaları yüksək dəqiqliklə həyata keçirilir.
Təhsilin keyfiyyətinin yüksəldilməsində məktəb infrastrukturunun inkişafı böyük əhəmiyyət kəsb edir. Təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərdən biri də yeni ümumi təhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqla təminatı, istilik sisteminin bərpası, ümumilikdə infrastrukturun yenilənməsi olub. Son 15 ildə 3200-dən çox məktəb inşa edilib, əsalı təmir olunub, yeni tədris korpusları tikilib və ya tam yenilənib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təhsilin inkişafındakı rolu danılmazdır. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa edilən və müasir avadanlıqla təchiz olunan məktəblər Heydər Əliyev Fondunun reallaşdırdığı tədbirlərin yalnız bir hissəsidir. 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində yeni inşa olunan və əsaslı təmir edilən məktəb, eləcə də məktəbəqədər təhsil müəssisələri istifadəyə verilib.
Heydər Əliyev Fondu fəaliyyətində hər zaman təhsil sahəsini diqqətdə saxlayır, bu sahədə müxtəlif layihələr və proqramlar icra etməklə təhsilin inkişafına öz töhfəsini verir. Fond yeni məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin tikilərək istifadəyə verilməsinə də öz dəstəyini əsirgəmir.
Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bu tədris ilində 62 təhsil müəssisəsi inşa, əsaslı təmir olunaraq müəllimlərin və şagirdlərin istifadəsinə verilib.
Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 864 şagird yerlik Neftçala rayonu Xıllı qəsəbə 1 saylı tam orta məktəbidə təmir olunan həmin məktəblərdən biridir. Məktəb yenidən əsaslı təmir olunub və müasir avadanlıqlarla, istilik sistemlərinin bərpası, ümumilikdə infrastrukturun yenilənməsi ilə təchiz olunub. Digər bir yeni məktəbin açılışı isə Azərbaycan Respublikası Prezidentinin 6 may 2020-ci il tarixli Sərəncamı ilə Təhsil Nazirliyi tərəfindən inşa olunmuş 20 şagird yerlik modul tipli Yenikənd kənd ibtidai məktəbində açılışı bu ilki “Bilik Günü”ndə olub.
Bu iki məktəbin tikintisi və təmir bərpası ilə Neftçala təhsilinə ayrılan diqqət və qayğı bitmir. Görülən bu işlərin davamı olaraq Prezident İlham Əliyevin 8 avqust 2020-ci il tarixli Sərəncamına əsasən Neftçala şəhərində 40 şagird yerlik modul tipli “Elektrik şəbəkə” ibtidai məktəbinin quraşdırılması işləridə davam etdirilir.⠀
Açılışlara Xıllı qəsəbə və Yenikənd kənd sakinləri seviniblər. Ölkə Başçısı Cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Keçidlər