Neftçalada bağçalar balaca fidanları qəbul etməyə tam hazırdır
Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı rayon ərazisində fəaliyyət göstərən körpələr evi- uşaq bağçalarına baxış keçirib və onlayn görüş olub.
Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov 14 sentyabr 2020-ci il tarixində Neftçala rayonu ərazisində fəaliyyət göstərən körpələr evi- uşaq bağçalarına baxış keçirib və onların vəziyyəti ilə maraqlanıb. Məktəbəqədər təhsil müəssisələrinin koronavirus (COVİD-19) pandemiyasından sonra Nazilər Kabineti yanında Operativ Qərargahın 332 nömrəli qərarına əsasən yumşalmalar nəticəsində yenidən açılaraq yeni tədris ili ilə əlaqədar olaraq hazırlıq vəziyyəti ilə yerində tanış olub, tövsiyyə və tapşırıqlarını verib.
Günün ikinci yarısında keçirilən videokonfrans zamanı isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 sentyabr 2020-ci il 332 nömrəli qərarının icrasınından irəli gələn məsələlərin müzakirəsi, yerinə yetirilən tapşırıqların nəticələri və onların icası ilə əlaqədar olub.
Nazirlər Kabinetinin 10 sentyabr 2020-ci il 332 nömrəli qərarından irəli gələn məsələlərin həll olunub və təlimatlar hazırlanıb. Rayon ərazisində mövcud olan 16 körpələr evi- uşaq bağçasında dezinfeksiya tədbirlərinin tamamilə başa çatdırılıb, təmizlik abadlıq işləri görülüb, bağçaların daxili və həyətyani sahələri təmizlənərək təlim-tərbiyə prosessinin başlanması üçün hazır vəziyyətə gətirilib. Bütün bağçalarda koronavirus (COVİD-19) pandemiyası üçün nəzərdə tutulan marifləndirici məlumatlar paylanılıb, vətəndaşların görə biləcəyi və oxuya bildikləri yerlərə maarifləndirici məlumatlar yapışdırılıb.
Körpələr evi- uşaq bağçaları uzun müddətdən sonra yenidən uşaqları qəbul etmək üçün tam hazır vəziyyətə gətirilib. Bütün valideynlərdən koronavirus (COVİD-19) pandemiyasından qorunma qaydalarına riayət etmək xahiş olunur.