Neftçala rayonunda balıq körpələri Kür çayına buraxılıb
11 sentyabr 2020 | 04:09
Təbii su hövzələrində balıq populyasiyasının artırılması və balıq ehtiyatlarının qorunmasının vacibliyinin təşviqi məqsədilə Neftçala rayonunda balıq körpələri Kür çayına buraxılıb.
Ekologiya və Təbii Sərvətlər naziri və Neftçala rayon İcra Hakimiyyəti başçısının iştirakı ilə keçirilən tədbirdə Nazirliyin balıqartırma müəssisələrində yetişdirilən çəkisi 100-150 qram olan uzunburun və nərə balıqları çaya buraxılıb.