Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində görüləcək abadlıq-quruculuq işləri ilə bağlı iclas keçirilib

11 sentyabr 2020 | 06:09

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun iştirakı ilə rayon ərazisində görüləcək abadlıq-quruculuq işləri ilə bağlı iclas keçirilib.

Ölkə başçısı cənab Prezident İlham Əliyevin son göstəriş və tapşırıqlarını nəzərə alaraq 03 sentyabr 2020-ci il tarixində Neftçala Rayon İcra Hakimiyyətində “DOST İŞ Mərkəzi” MMC-də çalışan sosial işçilərin işə davamiyyəti və bu sahədə görülən işlər, Neftçala şəhəri ərazisində mövcud yaşıllıqların qorunub saxlanılması, abadlıq-quruculuq işləri ilə əlaqədar iməcliklərin təşkil olunması və koronavirus (COVİD-19) ilə mübarizə və reydlər mövzusunda iclas təşkil olunub. İclasda Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 13 saylı Ərazi Məşğulluq Mərkəzinin, Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin, Neftçala Rayon İcra Hakimiyyətinin Şəhər İnzibati Ərazi Nümayəndəliyinin məsul şəxsləri iştirak edib.

İclasda, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “DOST İŞ Mərkəzi” MMC-də çalışan sosial işçilər, onların gündəlik qrafikləri, müvafiq işlərə cəlb olunması, son zamanlar müxtəlif rayonlarda sosial işlərə cəlb olunan şəxslərin sosial kartlarının mənimsənilməsi ilə bağlı geniş müzakirə həyata keçirilib. Bu kimi neqativ hallarında aradan qaldırılması məqsədi ilə “DOST İŞ Mərkəzi” MMC-də çalışan sosial işçilərin işə davamiyyətinin monitorinq edilməsini, qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlərin görülməsini, işçilərin davamiyyət qrafikinə ciddi nəzarətin həyata keçirilməsi, iş üçün müraciət edən vətəndaşların mövcud yaşayış vəziyyətinin araşdırılması, sosial işlərə ehtiyacı olan şəxslərə xüsusi üstünlük verilməsi məsul şəxslərə tapşırılıb. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 13 saylı Ərazi Məşğulluq Mərkəzinin, Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin, Neftçala Rayon İcra Hakimiyyətinin Şəhər İnzibati Ərazi Nümayəndəliyi tərəfindən mütəmadi monitorinqlərin aparılaraq ümumi vəziyyətin daha dərindən araşdırılması tapşırılıb.

Neftçala rayonunda, qəsəbə və kəndlərdə geniş miqyaslı abadlıq və quruculuq işləri aparılmalı, nümunəvi yeni abad məhəllələr salınmalı, yaşıllaşdırma tədbirləri geniş halda həyata keçirilməlidir” sözlərini rəhbər tutaraq Neftçala RİH başçısı Mirhəsən Seyidov Neftçala şəhərində yerləşən yaşıllıqların qorunub saxlanılması, ağacların payız mövsümü ilə əlaqədar olaraq təmizlənib səliqəyə salınması, şəhərin abadlaşdırılması üçün tədbirlər planının hazırlanmasını, hər həftə müxtəlif iməcliklərin təşkil olunmasını iclasda iştirak edən məsul şəxslərə tapşırıb.

Keçidlər