Məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesinin başlanması ilə əlaqədar bütün lazımi hazırlıqlar görülür
Nazirlər Kabibeti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejiminin yumşaldılmasından sonra Neftçala rayonunda yerləşən şəhər, qəsəbə və kəndlərdə olan məktəbəqədər təhsil müəssisələrində (körpələr evi- uşaq bağçalarında) təlim-tərbiyə prosesinin başlanması üçün bütün lazımi hazırlıqlar görülür.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq 1 oktyabr 2020-ci il tarixindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə, 15 sentyabr 2020-ci il tarixindən isə yerdə qalan rayon və şəhərlərdə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.
Koronavirus (COVİD-19) pandemiyası dövrü ərzində bağçaların hər birində karantin rejiminin qaydalarına əməl edilərək bütün təmizlik abadlıq işləri görülüb, bağçaların daxili və həyətyani sahələri təmizlənərək təlim-tərbiyə prosessinin başlanması üçün hazır vəziyyətə gətirilib. Hal-hazırda təmizlik və dezinfeksiya işləri davam etdirilir. Bütün bağçalarda koronavirus (COVİD-19) pandemiyası üçün nəzərdə tutulan marifləndirici məlumatlar paylanılır, vətəndaşların görə biləcəyi və oxuya bildikləri yerlərə maarifləndirici məlumatların yapışdırılması prosesi davam etdirilir.
Neftçala rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidovun tapşırığı ilə bütün Neftçala rayonu üzrə körpələr evi- uşaq bağçaları bütün profilaktik tədbirlər görülür. Neftçala şəhər 3 saylı, 4 saylı və 5 saylı körpələr evi- uşaq bağçaları, Həsənabad qəsəbə və Mirqurbanlı körpələr evi- uşaq bağçalarında təmizlik və dezinfeksiya tədbirləri tamamilə başa çatdırılıb. Digər körpələr evi-uşaq bağçalarında təmizlik və dezinfeksiya tədbirləri davam etdirilir.