Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən onlayn qaydada vətəndaşların növbəti qəbulu həyata keçirilib
05 sentyabr 2020 | 02:09
Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tərəfindən fərdi qaydada keçirilən onlayn qəbulda əvvəlcədən müraciət edən Neftçala şəhəri, o cümlədən qəsəbə və kənd sakinlərinin iştirakı ilə baş tutub.
Müraciətlər əsasən işlə təmin olunma, torpaqların verilməsi, evlərinə təmir üçün köməklik edilməsi və digər problemlərlə əlaqədar olub. Vətəndaşların problemləri ayrı-ayrılıqda dinlənilib. Bəzi məsələlər müzakirə zamanı həllini tapıb. Bir sıra digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.