Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 44 illiyi münasibətilə tədbir keçirilmişdir
Respublikamızın hər yerində olduğu kimi Neftçala rayonunda da 14 iyul 1969-cu ildə Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsi münasibətilə Neftçala rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə geniş tədbir keçirilib. Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil və tər gül dəstələri qoyaraq Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəldiyi 1969-cu ilin 14 iyulundan sonrakı dövrü ölkəmizin tarixinin yeni bir epoxası adlandırsaq səhv etmərik. Həmin dövrdən etibarən Azərbaycan tarixində çox şey dəyişmiş, yeni bir dövr, yeni bir oyanış, yeni bir dirçəliş əmələ gəlmişdir.
Hər eli, hər obanı, hər xalqı, hər milləti də onun sahibinə, öndə gedən ağsaqqalına, rəhbərinə görə tanıyır və qiymətləndirirlər. 1969-cu ildə ümummilli liderimiz möhtərəm Heydər Əliyev də respublika rəhbərliyinə məhz bu xalqın, bu millətin əsl sahibi kimi qədəm qoydu və respublika rəhbərliyinə gəldiyi gündən də bu xalqın, bu millətin uşaqdan böyüyə qədər hər bir üzvünün, hər bir fərdinin qeydinə qaldı, millətin, xalqın öndə gedənlərini, dəyərli insanlarını ürəkdən sevdi, onları hər bir oddan, alovdan, hər bir bəladan, təhlükədən qorudu, bəd nəzərlərdən hifz elədi.
Sonda tədbir rayonun Hüseyn Cavid adına Mədəniyyət və İstirahət parkında bayram konserti ilə davam etdirildi.