Neftçala rayonu ərazisində pambıq tədarükü və emalı dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə videokonfrans keçirilmişdir
Neftçala Rayon İcra Hakimiyyəti ilə Muğan regional DYNİ-nin birgə tədbirlər planı əsasında Neftçala rayonu ərazisində pambıq tədarükü və emalı dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə 01 sentyabr 2020-ci il tarixdə videokonfrans keçirilmişdir.
Videokonfransda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəhbərliyi,Neftçala Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Ərazi icra hakimiyyəti nümayəndələri, bələdiyyə sədrləri, MKT İK-nın Neftçala rayon fililalı, “P-Aqro” MMC-nin Neftçala rayon filialı və digər Pambıq qəbulu və emalı ilə məşğul olan Zavod və Məntəqələrin rəhbərləri iştirak edirdi.
Videokonfransda FHN DYNX-nin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi daxili xidmət polkovniki Orxan Məmmədyarovun yanğın təhlükəsizliyinin təmin edilməsinə dair çıxışı dinlənilib. Yanğınların baş verməməsi üçün əsas istiqamətlər konfrans iştrakçılarının nəzərinə çatdırılıb. FHN-nin yanğın təhlükəsizliyinə dair tövsiyyələri diqqətə çatdırılaraq əhalinin aidiyyatı qurumlar tərəfindən maarifləndirilməsi istiqamətində işlərin gücləndirilməsinin, pambıq sahələrində və onu qəbul edən məntəqələrdə yanğına qarşı tədbirlərin tam yerinə yetirilməsinin, texnikaların texniki baxışdan keçirilməsinin, yanğına qarşı alət və vasitələrlə tam təchiz olunmasının vacibliyi vurğulanıb.
Videkonfransda Neftçala Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqaları ilə iş şöbəsinin müdiri Elşən Əmirov, Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin, “P-Aqro” MMC-nin Neftçala rayon filiallarının rəhbərləri çıxış edərək mövsüm dövründə pambığın tədarükü və emalı üçün YTQ-na tam əməl olunaraq mövsümə hazır olduqlarını bildirmişlər. Orxan Məmmədyarov pambığın tədarükü və emalı zamanı bu tədbirləri daha da gücləndirilməsini diqqətə çatdırmış, Yanğın Təhlükəsizliyi tədbirlərinə ciddi əməl olunaraq pambığın yığılması və daşınması zamanı texnikaların sazlığı, yedəklərin müvafiq örtüklərlə təmin edilməsi və bu sahədə yanğın təhlükəsizliyi tələblərinə ciddi əməl olunması məqsədi ilə öz tövsiyələrini vermişdir.