"Xəzər dənizi regionunda urbanizasiya və iqlim dəyişikliyinə adaptasiya" adlı video konfrans keçirilib
Azərbaycan Republikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 27 avqust 2020-ci il tarixində Adaptasiya Fondunun maliyyə dəstəyi ilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən həyata keçirilməsi nəzərdə tutulan "Xəzər dənizi regionunda urbanizasiya və iqlim dəyişikliyinə adaptasiya" adlı regional layihənin və Xəzər dənizi regionunda iqlim dəyişmələrinin yaratdığı mənfi təsirlərin, risklərin azaldılması üçün adaptasiya tədbirlərinin həyata keçirilməsinə dəstək verilməsi üçün video konfrans keçirilib.
Eyni zamanda video konfransda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin,Energetika Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Dövlət Turizm Agentliyinin, SOCAR-ın, Milli Elmlər Akademiyasının, Azərsu ASC-nin,Xəzər Dəniz Gəmiçiliyi QSC-nin, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin, "IDEA" İctimai Birliyinin və Xəzər dənizi sahilində yerləşən şəhər və rayon İcra Hakimiyyətlərinin (Bakı, Sumqayıt, Lənkəran, Şabran, Neftçala, Masallı, Xaçmaz, Astara, Siyəzən) məsul işçiləri iştirak edib.
Sözügedən layihə ətrafında geniş fikir mübadiləsi aparılıb, qərara alınıb ki, bu formatda seminar iclaslar yaxın günlərdə də keçirilsin və nəticə olaraq layihə yuxarıda adları qeyd olunan Nazirlik, Komitə, Agentlik, ASC, QSC, İctimai Birliklər, Şəhər və Rayon İcra Hakimiyyətlərinin təklifləri əsasında daha da təkmilləşdirilsin.