Pambıqçılığın inkişaf etdirilməsi bu gün ən aktual məsələlərdən biridir
28 avqust 2020 | 10:08
Pambıqçılığın inkişaf etdirilməsi bu gün ən aktual məsələlərdən biridir. 2020-ci ilin məhsulu üçün Neftçala rayonu ərazisində 5972 hektar sahədə pambıq əkilib. Sahələrdə bu il bol pambıq becərilib.
Neftçala rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin Maliyyə Təsərrüfat sektorunun Texniki Nəzarətin Təşkili üzrə əməkdaşları “P-Aqro” MMC-nin traktorçu və mühəndis heyəti ilə pambıq yığımı mövsümü yaxınlaşdığını nəzərə alaraq görüş keçirib. Görüşün məqsədi pambığın qısa müddətdə itkisiz yığımının və daşınması zamanı kənd təsərrüfati texnikalarının istismarına ,məhsulun yığımı və daşınması zamanı texniki təhlükəsizlik qaydalarına riayət edilməsi haqqında tövsiyyələr verilib.