15 iyun – Milli Qurtuluş Günü qeyd olunmuşdur.
İyunun 15-də Milli Qurtuluş Günü münasibətilə Neftçala rayonu İcra Hakimiyyəti başçısı aparatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyətin nümayəndələri tərəfindən Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilmiş, abidə önünə gül çiçək dəstələri düzülmüşdür.
Bayram tədbiri H.Cavid adına Neftçala Rayon Mədəniyyət və İstirahət Parkında davam etdirilmişdir.Tədbirdə Neftçala rayonu İcra Hakimiyyətinin başçısı cənab İ.Vəliyevin Milli Qurtuluş Günü münasibətilə rayon ictimaiyyətinə təbiriki oxunmuş, Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri G.Sadıqova çıxış etmişdir.O, Ulu Öndərin ölkəmizdə dövlət quruculuğu sahəsində əvəzsiz xidmətlərindən söz açmış və qeyd etmişdir ki,ölkəmizin əldə etdiyi nailiyyətlərin bünövrəsi, başlanğıcı məhz həmin tarixdə qoyulmuş, Azərbaycan məhz həmin gündən müasir dünyaya yeni inteqrasiya mərhələsinə qədəm qoymuşdur.Azərbaycan tənəzzüldən tərəqqiyə, böhrandan sabitliyə gələn yolu çətin olsada sonda həmişə uğur və nailiyyətlərlə nəticələnib.Bütün bunlar Ulu öndərimiz Heydər Əliyevin qoyduğu təməl üzərində ucalan Azərbaycanın xoşbəxt gələcəyinin təminatıdır.Tədbirdə ölkə başçısı cənab İlham Əliyev tərəfindən dövlət müstəqilliyinin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi, Azərbaycanın güclü iqtisadiyyatı olan qüdrətli ölkəyə çevrilməsi, ordunun gücləndirilməsi sahəsində aparılan səmərəli və məqsədyönlü işlər xususi vurğulanmışdır.
Sonra rayon mədəniyyət və incəsənət ustaları maraqlı konsert proqramı ilə rayon sakinləri qarşısında çıxış etmiş, tədbir əhali tərəfindən böyük coşqu ilə qarşılanmışdır.