Şriftin ölçüsü :

Saytın rəngi :

Uzunluğu 14 km olan Bankə-Yenikənd-Şirvanlı yoluna yeni asfalt örtüyün çəkilməsi üçün hazırlıq işləri görülür

22 avqust 2020 | 10:08

⁣“Azəravtoyol” ASC-nin icraçılığı ilə uzunluğu 14 km olan Bankə - Yenikənd – Şirvanlı yoluna ( Neftçala Yenikənd Nərə Balıq artırma zavodu istiqamətində) yeni asfalt örtüyün çəkilməsi üçün hazırlıq işləri görülür.⠀

Hal-hazırda yolun 6,5 km hissəsində asfalt örtüyün çəkilməsi üçün bütün lazımi tədbirlər görülüb, qalan 7,5 km-lik isə hazırlıq işləri davam etdirilir. Yaxın günlərdə yolun 6,5 km-lik hissəsinə asfalt örtüyün çəkilməsinə başlanılacaqdır. Bu yoldan Bankə qəsəbə, Yenikənd kənd və Şirvanlı kənd sakinləri rahatlıqla istifadə edəcəklər.⠀

Əlavə olaraq qeyd edək ki, Neftçala Yenikənd Nərə Balıq artırma zavodu əsaslı təmir- bərpa işlərindən sonra istifadəyə veriləcəkdir.

Keçidlər