Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala şəhərində 40 şagird yerlik modul tipli Elektrik şəbəkə ibtidai məktəbinin quraşdırılması işlərinə başlanılıb

22 avqust 2020 | 10:08

Prezident İlham Əliyevin 8 avqust 2020-ci il tarixli Sərəncamına əsasən Neftçala şəhərində 40 şagird yerlik modul tipli Elektrik şəbəkə ibtidai məktəbinin quraşdırılması işlərinə başlanılıb.⠀⠀⠀
⠀⠀
Son illər ölkəmizdə təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür. Respublikamızın qəsəbə və kəndlərində yeni-yeni məktəb binaları tikilib istifadəyə verilir, mövcud binalar isə əsaslı təmir olunur.⠀⠀
⠀⠀
⁣Neftçala şəhərində 40 şagird yerlik modul tipli məktəb binası 4 sinif, müəllimlər və direktor otaqlarından ibarət olacaq. Bina dayanıqlı su, istilik və elektrik enerjisi ilə təmin olunacaq. Məktəb yeni inventar və texniki vasitələrlə təchiz olunacaq. Təhsil ocağı binasının yeni tədris ilində istifadəyə verilməsi nəzərdə tutulub.

Keçidlər