Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyəti “Hər birimiz əsgərik” aksiyasıyası çərçivəsində səngərlərin möhkəmləndirilməsi üçün cəbhəyə işlənmiş təkər şinlərinin göndərilməsinə start verib

11 avqust 2020 | 11:08

⁣Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş təxribatdan sonra başladılan “Hər birimiz əsgərik” aksiyası davam edir. Biz birlikdə güclüyük ! ⠀
⠀⠀
Aksiya çərçivəsində Neftçala RİH səngərlərin möhkəmləndirilməsi üçün cəbhəyə işlənmiş təkər şinlərinin göndərilməsinə start verib. Belə ki, vətənpərvər kampaniyaya dəstək verən Neftçala RİH cəbhədə istehkam sədlərinin qurulması, müdafiə xarakterli obyektlərin möhkəmləndirilməsində istifadə olunacaq avtomobil şinlərinin müxtəlif yük maşınları vasitəsilə cəbhə xəttinə göndərilməsinə başlayıb. Hər bir Azərbaycan vətəndaşının borcudur ki orduya və əsgərlərimizə layiqincə dəstək versinlər.⠀⠀
⠀⠀
Təkər şinlərin toplanmasında göstərdiyi köməklik üçün Rayon İcra Hakimiyyətinin inzibati ərazi nümayəndəliklərinin rəhbərlərinə, Daxili İşlər Nazirliyinin Neftçala Rayon Polis Şöbəsinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinə, Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin zəhmətkeşlərinə, Neftçala rayon “DOST İş” və Neftçala Rayon Könüllülərinə təşəkkür edirik.

Keçidlər