Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyəti başçısı tərəfindən rayonda yaranmış içməli su problemi ilə bağlı görülən işlərə dair Operativ Qərargahın növbəti iclası həyata keçirilib

11 avqust 2020 | 02:08

Prezident İlham Əliyevin ölkədəki su problemi ilə bağlı keçirdiyi geniş videomüşavirədə verdiyi tövsiyə və tapşırıqlara uyğun olaraq, Neftçalada əhalinin içməli su ilə təmin olunması üçün müvafiq təxirəsalınmaz tədbirlər nəticəsində, son günlər müsbət artım dinamikasının vətəndaşlar tərəfindən yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb.⠀

Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun sədrliyi ilə keçirilən iclasda, ekoloji problemin aradan qaldırılması ilə bağlı tədbirlər və mövcud problemlər müzakirə edilib. Mövcud problemin aradan qaldırılması üçün Neftçala Rayon İcra Hakimiyyəti yanında yaradılmış Operativ Qərargaha inzibati ərazi vahidlərində yerləşən modul tipli su təmizləyici qurğuların vəziyyətinin daha dərindən araşdırılması, rayon ərazisində yerləşdirilən çənlərin mütəmadi olaraq doldurulması, fəaliyyətdə olan su daşıyan texnikaların ümumi qrafikinin daha ciddi nəzarətdə saxlanılması, qaynar xəttə daxil olan vətəndaş müraciətlərinə daha operativ reaksiya verilməsi, rayon ərazisinə daşınan içməli suyun ümumi həcminin daha da artırılması, problemin əhatə etdiyi şəhər ərazisi daxil olmaqla bütün qəsəbə və kəndlərdə nəzarətin daha da gücləndirilməsi tapşırılıb. Yeni çəkilən su kəməri haqqında ümumi vəziyyət müzakirə olunub və müvafiq tapşırıqlar verilib.⠀

Son olaraq, Neftçala Rayon İcra Hakimiyyətindən bildirilir ki, yaranmış vəziyyətin aradan qaldırılması üçün görülən tədbirlər planı davam etdirilir.

Keçidlər