Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda 1 iyun –Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu

02 iyun 2013 | 15:00

01 iyun 2013-cü il tarixdə H. Cavid adına parkda ictimaiyyətin nümayəndələrinin geniş iştirakı ilə  1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü təntənəli surətdə qeyd olunmuşdur.
Rayon İcra Hakimiyyəti başçısının müavini xanım Gültəkin Sadıqova tədbiri açaraq qeyd etmişdir ki, hər il iyun ayının 1-də dünyanın  ən pak, ən məsum varlıqları olan uşaqların hüquqlarının qorunması ilə bağlı rəngarəng tədbirlər keçirilir. “Uşaq hüquqları haqqında Konvensiya”ya, eləcə də uşaqların taleyi ilə bağlı digər beynəlxalq sənədlərə qoşulmuş müstəqil Azərbaycan dövləti də  uşaqların hüquqlarının qorunması, onların öz bayramlarını sevinc və fərəh içində keçirmələri üçün hər cür şərait yaratmışdır. Bildirmişdir ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə uşaqlara xüsusi qayğı və diqqətlə yanaşmışdır. Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda Ailə, Qadın və Uşaq Komitəsinin yaradılması da məhz dahi siyasətçinin uşaqlara olan sonsuz qayğısından irəli gəlirdi.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə uşaqların hərtərəfli inkişafı, müasir bilik və vərdişlərə yiyələnmələri üçün hər cür şərait yaradır.  Son illər Azərbaycanın hər bir guşəsində uşaqlar üçün gözəl uşaq bağçaları, məktəblər tikilərək istifadəyə verilir.
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi böyük qayğı və diqqət bu gün nəinki təkcə Azərbaycanda, hətta ölkəmizdən kənarda bu barədə məlumatı olan insanları heyrət və riqqətə gətirir.  Rayon İcra Hakimiyyəti başçısının müavini xanım Gültəkin Sadıqova rayonumuzda son illər uşaqların hüquqlarının qorunması, onların sağlam böyümələri və mükəmməl təhsil almaları üçün yaradılan şəraitdən də həvəslə danışmış, uşaqları bayram münasibəti ilə təbrik etmişdir. Sonda rayondakı uşaq özfəaliyyət kollektivlərinin iştirakı ilə maraqlı konsert proqramı olmuşdur.

Keçidlər