Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalinin nəzərinə! Tikintiyə və istismara icazə

31 iyul 2020 | 01:06

Tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üçün elektron müraciət sistemi
“Bir pəncərə” Elektron xidməti

Azərbaycan Respublikasında biznes mühitinin institusional əsaslarının daha da gücləndirilməsi, xüsusilə azad rəqabət mexanizminin inkişaf etdirilməsi, dövlət-biznes münasibətlərində insan amilinin rolunun azaldılması yolu ilə səmərəliliyin, hesabatlılığın və şəffaflığın artırılması üçün kompleks islahatlar həyata keçirilməkdədir. Bu islahatlar çərçivəsində tikinti sahəsinin inkişaf etdirilməsi, tikinti prosedurlarının təkmilləşdirilməsi məqsədi ilə son dövrlərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncam və Fərmanları ilə Şəhərsalma və Tikinti Məcəlləsində bir sıra dəyişikliklər edilmiş, tikintiyə icazə alma mexanizmi sadələşdirilmiş və müraciətlərə baxılma müddətləri qısaldılmışdır.
Bununla əlaqədar olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2018-ci il tarixli 460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə icazə və tikinti obyektlərinin istismarına icazə verilməsi” Qaydası müəyyən edilmişdir. Bu qaydalar Şəhərsalma və Tikinti Məcəlləsinin 75.11-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və barəsində icazə tələb olunan, lakin Məcəllənin 89.1-ci maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin layihələndirilməsi, Komitə və rayon İcra hakimiyyəti tərəfindən tikintiyə icazənin verilməsi, tikinti zamanı nəzarətin təşkili, tikintisi başa çatmış obyektlərin istismarına icazə verilməsi prosedurlarını və müddətlərini müəyyən edir.Bu Qaydanın məqsədi tikinti niyyətinin həyata keçirilməsi ilə əlaqədar tikinti obyektinin sifarişçisi olan hüquqi və fiziki şəxslərin və aidiyyəti qurumların yerinə yetirməli olduqları ayrı-ayrı prosedurların xüsusiyyətlərini və müddətlərini təkmilləşdirmək və tikinti fəaliyyəti sahəsində daha əlverişli mühit yaratmaq, habelə səmərəli idarəçiliyin təşkilini təmin etməkdir.
Respublikamızda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədi ilə təsdiq edilmiş “İcra və Kommunikasiya Planları” çərçivəsində tikintiyə icazələrin sadələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti obyektlərinin tikintisi və istismarına icazələrin alınması üçün 2019-cu ildə “Bir pəncərə” elektron müraciət sistemi hazırlanaraq istifadəyə verilmişdir.Bəzi tikinti obyektlərinin tikintisinə və istismarına icazə ilə bağlı elektron müraciət sistemindən istifadə edilməsi məmur-vətəndaş münasibətlərində şəffaflığın artırılmasını, tikinti fəaliyyəti sahəsində daha əlverişli mühit yaratmağı, habelə səmərəli idarəçiliyin təşkilini təmin etməkdir.
Məlumat üçün bildiririk ki, “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28.12.2018-ci il tarixli 460 nömrəli Fərmanının icrası ilə əlaqədar “Bir pəncərə” sisteminin ölkə üzrə tətbiqinin genişləndirilməsi” mövzusunda Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura  Komitəsində keçirilmiş tədbirdə Neftçala rayon İcra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin nümayəndəsi, rayon ərazisində “Bir pəncərə” elektron müraciət sisteminin yaradılmasından ötrü aparatın əlaqələndirici şəxsləri elektron  imza ilə təmin edilərək sistemdə qeydiyyatdan keçmişlər.
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura  Komitəsinin https://birpencere.arxkom.gov.az/az saytına daxil olub şəxsi kabinet yaradaraq “tikintiyə icazə” və ya “istismara icazə” bölmələrində müvafiq xanaları doldurmaqla tikintiyə və istismara icazə sənədini əldə etmək üçün “Bir pəncərə” elektron müraciət formasından istifadə etməyi rayon ərazisində tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə tövsiyyə edirik.
  
      Yaradılmış “Bir pəncərə” Elektron xidmətinin fəaliyyət istiqaməti sahibkarın heç bir halda iştirakı olmadan Elektron müraciət sistemi çərçivəsində tikintiyə icazə ilə bağlı işlər görülür.

Keçidlər