Şriftin ölçüsü :

Saytın rəngi :

5 oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş tədbir keçirilib

05 oktyabr 2024 | 20:30
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala Rayon Təhsil sektorunun əməkdaşları, müəllimlər, veteran təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdən öncə Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli və Şəhidlər Abidə Komplesi ziyarət olunub, tər gül dəstələri düzülüb və ehtiramla yad olunub.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların, ötən təhsil müddətində dünyadan köçən müəllimlərin ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Qeyd olunub ki, “Mən dünyada müəllimdən yüksək ad tanımıram” – deyən Ulu Öndər Heydər Əliyev bu dəyərli peşə sahiblərinin şərəfli əməyini çox yüksək qiymətləndirib və Ulu Öndər kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən də hər zaman müəllimlərə, ümumilikdə təhsil sahəsinə diqqət və qayğı göstərilib.
Tədbirdə çıxış edən Neftçala Rayon Təhsil sektorunun müdiri Nicat Cəfərov, Təhsil İşçiləri Həmkarlar İttifaqı Rayon Komitəsinin sədri Asudə Cəfərova, Vətən müharibəsi iştirakçısı, Yuxarı Qaramanlı kənd tam orta məktəbinin direktoru Vüqar Qələşov, Aşağı Surra kənd tam orta məktəbinin direktoru Həbulla Rəhimov, Xıllı qəsəbə 2 saylı tam orta məktəbinin direktoru Rəhim İmanov və Neftçala şəhər 4 saylı tam orta məktəbin direktoru Şəfəq Balaşova təhsildə qazanılan uğurlardan, 44 günlük Vətən müharibəsində təhsil işçilərinin ordu sıralarında göstərdikləri şücaətdən, qələbələrimizin, insan həyatının formalaşmasında müəllimlərin rolundan danışıb, onlara uğurlar arzulayıblar. Təhsilə göstərilən diqqətə, qayğıya və ölkə suverenliyinin bərpasına görə bütün müəllimlər adından Prezident cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.
Tədbirdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov Ulu Öndər Heydər Əliyevin müəllimə verdiyi yüksək dəyərdən, bu gün ölkə rəhbəri tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən bəhs edərək, Prezident cənab İlham Əliyevin təhsilin inkişafında göstərdiyi əvəzsiz xidmətlərdən, rayonun bir çox ümumtəhsil məktəblərində aparılan əsaslı təmir və yenidənqurma işlərindən, onların maddi-texniki bazasının zənginləşdirilməsindən, ölkədə təhsil sahəsində görülən işlərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna rolundan danışıb. Qeyd olunub ki, Neftçala rayonunda Heydər Əliyev Fondunun Yeniləşən Azərbaycana Yeni Məktəb layihəsi çərçivəsində 2020-ci ildə Xıllı qəsəbə 1 saylı tam orta məktəbi, 2023-cü ildə açılışı olan Bankə qəsəbə 2 saylı tam orta məktəbi, Dövlət Proqramları və digər mənbələr çərçivəsində Şorkənd və Qırmızıkənd məktəbləri üçün yeni binalar inşa olunaraq şagird və müəllimlərin istifadəsinə verilib. Ötən tədris ili ərzində təhsildə qazanılan uğurlardan, gənc nəslin təlim-tərbiyəsi, vətənpərvərlik hisslərinin aşılanması, onların sağlamlıqlarının qorunması istiqamətində həyata keçirilən zəruri tədbirlərdən, müəllimlərimizin bilik və bacarıqlarının qiymətləndirilməsində əldə olunan nailiyyətlərdən də danışan Rayon İcra Hakimiyyətinin başçısı bütün təhsil işçilərini peşə bayramı münasibətilə təbrik edib, uğurlarının davamlı olmasını arzulayıb.
Neftçala rayonun ictimai-siyasi həyatında və təhsilin inkişafında səmərəli fəaliyyətinə görə 5 Oktyabr “Beynəlxalq Müəllimlər Günü” münasibətilə bir qrup təhsil işçisinə Neftçala Rayon İcra Hakimiyyəti başçısının və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Fəxri Fərmanları təqdim olunub, tədbir bədii-musiqili konsert proqramı ilə davam etdirilib.
Tədbirin sonunda müəllimlərlə birlikdə xatirə şəkili çəkilib.
Keçidlər