Şriftin ölçüsü :

Saytın rəngi :

“Tərəqqi yolunun başlanğıcı” adlı videokonfrans keçirilmişdir

15 iyul 2020 | 08:07

Bu gün – 14 iyul 2020-ci il tarixdə Neftçala rayon Gənclər və İdman İdarəsi tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ilin 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2121-ci illərdə” Dövlət Proqramında yer alan Tədbirlər Planının 5.1.1-5.1.2-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədilə Zoom proqramı vasitəsilə “Tərəqqi yolunun başlanğıcı” adlı videokonfrans keçirilmişdir. Adından və məhz 14 iyul tarixində təşkil olunmasından bəllidir ki, toplantımız Ümumilli liderimiz Heydər Əliyevin 1969-cu ildə ilk dəfə Azərbaycana rəhbər təyin edilməsi və növbəti fəaliyyətinə həsr olunmuşdur.
Videokonfransda - tədbirin təşkilatçı orqanı – Neftçala rayon Gənclər və İdman İdarəsinin rəisi Yalçın Miriyev, İdarənin rəis müavini Nazim Dadaşov, İdarənin gənclər sahəsi üzrə baş məsləhətçisi, eyni zamanda tədbirin moderatoru Xannənə Ağayeva, Neftçala rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Bağırov, İcra Hakimiyyətininn Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın uşaqlarla iş üzrə məsləhətçi- psixoloqu, aparıcı məsləhətçi Əliheydər Qarayev, Neftçala rayon Təhsil şöbəsinin müdiri Vüqar Dadaşov, Neftçala rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova, ümumtəhsil məktəb direktorları – Ülviyyə Abdullayeva, Şəfəq Balaşova, Ruhəngiz Nəcəfova, Ülvi Fərzəliyev, Mübariz Tağıyev, Kamal Cəfərov , digər müəllimlər, gənclərimiz və dəyərli qonağımız – Azərbaycan Tibb Universitetinin dosenti, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun dissertantı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü və toplantımızın mövzusuna bilavasitə bağlı olan Heydər Əliyev nitqlərinin tədqiqatçısı - “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” adlı 4 cildli monoqrafiyanın müəllifi Nağdəli Zamanov iştirak etdi.
Videokonfransda ilk olaraq Yalçın Miriyev çıxış etdi, iştirakçıları salamladı və mövzunun aktuallığını vurğuladı, Azərbaycanın inkişafında misilsiz xidmətləri olan Heydər Əliyevin hakimiyyətə gəlişindən söhbət açdı.
Daha sonra, Elnur müəllim, Nağdəli müəllim, Vüqar müəllim, Şəfəq müəllim, Könül xanım və Xolqaraqaşlı kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Zülfiyyə Abbasova çıxış edərək mövzu ətrafında dəyərli fikirlərini bildirdilər, eyni zamanda Heydər Əliyevin Azərbaycanın qurtuluş tarixinin başlanğıcı kimi qəbul olunan - 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilməsi ilə respublika həyatında yeni inkişaf mərhələsinin əsasının qoyulmasından, iqtisadi və sosial həyatın bütün sahələrində dahi şəxsiyyətin rəhbərliyi ilə həyata keçirilən kompleks islahatlar nəticəsinə qısa zamanda ittifaq respublikaları içərisində Azərbaycanın inkişaf dinamikasına görə öncül mövqeyə yüksəlməsindən, güclü sənaye-aqrar potensialının yaradılmasından, ötən əsrin 70-80-ci illərində yaradılan iqtisadi və milli-mədəni potensialın ölkəmizin hazıki müstəqilliyinin əsasını qoymasından və xüsusən də əsası 1969-cu ildə Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf konsepsiyasının bu gün - dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsindən, görülən işlərdən ətraflı bəhs olundu.

Keçidlər