Kür çayında suyun səviyyəsində yaranmış dəyişkənliyin, eləcə də bunun yaratdığı ekoloji və sosial problemlərin azaldılması və aradan qaldırılması üçün kompleks tədbirlər planı davam etdirilir. ⠀
Neftçala Rayon İcra Hakimiyyəti (NRİH) tərəfindən, Kür çayında suyun səviyyəsində yaranmış dəyişkənliyin, eləcə də bunun yaratdığı ekoloji və sosial problemlərin azaldılması və aradan qaldırılması üçün kompleks tədbirlər planı davam etdirilir. ⠀
⠀
Ölkəmizdə COVİD-19 pandemiyası dövründə yaratdığı fəsadlarla yanaşı, su təchizatı ilə bağlı yaranmış vəziyyət vətəndaşlarımızda xüsusi narahatçılıq yaradıb.⠀
⠀
Nəzərinizə çatdırmaq istərdik ki, 2020-ci ilə kimi Neftçala rayonunda içməli su təminatı Kür çayının suyunun modullar vasitəsilə təmizlənib, vətəndaşların istifadəsinə verilməsi ilə təmin olunub. Suvarma sularında eyni qaydada Kür çayının bazasından istifadə olunub. Xəzər dənizinin Kür çayında yaratdığı şoranlıq nəticəsində içməli su və kənd təsərrüfatı sahəsində suvarmada problemlər yaranıb. Bəzi mənbələrdə su təchizatının ümumiyyətlə olmadığı haqqında dərc olunan informasiyalar həqiqəti əks etdirmir. ⠀
⠀
Neftçala Rayon İcra Hakimiyyətinin tərəfindən rayonda içməli suyun təmin olunması məqsədi ilə:⠀
- Prezident İlham Əliyev tərəfindən Neftçala rayonunun su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı imzalanmış Sərəncamın, Azərsu ASC tərəfindən icrasına başlanılıb. Hal hazırda Salyan rayonunda 7500 m3 olan anbarlar təmir tikinti işləri gedir, Babacanlı və Tatarməhlə ərazisində qazma və hazırlıq işlərinə davam edir. 44 km uzunluğu olan layihənin icra prosesində vətəndaşlarımız müvafiq işlərlə təmin olunub. Problem yarandığı ilk gündən mərkəzi icra hakimiyyəti orqanları qarşısında RİH tərəfindən müvafiq məsələlər qaldırılıb və hər gün komissiya şəklində müzakirələr davam edir və problemin həlli yolu üçün çıxış yolları axtarılır.⠀
- NRİH-nin və yerli icra nümayəndələrinin dəstəyi ilə 15 xüsusi texnika, "Azərsu ASC" tərəfindən 7 ədəd, "Azəryolservis" ASC tərəfindən 4 ədəd, Fövqəladə Hallar Nazirliyi tərəfindən 6 ədəd xüsusi texnika, Aqrolizinq ASC tərəfindən 5 xüsusi texnika ayrılıbdır ki, bu da vətəndaşlara yerlərdə içməli su təminatını həyata keçirir.⠀
- NRİH tərəfindən çox mənzilli yaşayış binalarının qarşısında və əhalinin daha çox sıx yaşadığı məkanlarda xüsusi SU çənlərinin qurulması həyata keçirilib. Belə ki, RİH-nin və yerli sahibkaların təşəbbüsü ilə 25 ədəd, Azərsu ASC tərəfindən 9 ədəd su çəni yerləşdirilib. Əlavə çənlərin qurulması prosesi davam edir. Su daşıyıcı texnikalar tərəfindən gün ərzində bütün çənlər mərhələli şəkildə içməli su ilə təmin olunur.⠀
- NRİH tərəfindən şəhər, qəsəbə və kəndlərdə 15 ədəd istifadə üçün su quyusu qazılıb. Sakinlərin şəxsi təşəbbüsü ilə 3 ədəd xüsusi quyu hazırlanıb istifadəyə verilib. Quyu sularının laboratoriya nəticələri yoxlanıldıqdan sonra istifadə olunması haqqında vətəndaşlarımız mütəmadi maarifləndirilir.⠀
- Neftçala rayonuna ezam olunan geofiziklər tərəfindən rayon ərazisində xüsusi 4 yer artezian qazılması üçün müəyyənləşdirilib. 1 quyu qazılması yekunlaşıb, 1 quyu hal hazırda qazılmaqdadır.⠀
- Millət vəkillərimiz, internet platformasında müxtəlif təşəbbüslə çıxış edən və sahibkarlar tərəfindən dəstək vermək məqsədi ilə başlanılan sosial kampaniyalara İH-nin əməkdaşları və yerlərdə nümayəndələri tərəfindən dəstək verilib.⠀
⠀
Əziz Neftçalalılar, ölkəmizdə koronavirus epidamiyası ilə karantin rejim qaydalarının daha da sərtləşdiyi dövrdə, su təchizatı ilə bağlı mövcud problemlər hər birimiz üçün çətin vəziyyət yaradıb. Təsərrüfat sahələrində, yeni qurulan çənlər və quyuların istifadəsində mütləqdir ki, mövcud mənbələrdə olan su ehtiyatlarından qənaətlə istifadə olunsun.⠀
⠀
İnanırıq ki, ən tez bir zamanda bütün problemlərə birgə qalib gələcəyik. #Bizbirlikdəgüclüyük