Neftçala rayonunda Operativ Qərargahın Monitorinq komissiyasının üzvləri tərəfindən növbəti reyd keçirilib
08 iyul 2020 | 03:07
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsində rayon və şəhər rəhbərləri qarşısında qoyulan tələb və tapşırıqlar nəzərə alaraq, Neftçala rayonunda da bu istiqamətdə həyata keçirilən tədbirlərin miqyası daha da genişləndirilib.⠀⠀⠀⠀⠀
⠀⠀⠀⠀⠀
Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən yaradılan Operativ Qərargahın Monitorinq komissiyasının üzvləri Neftçala rayonu ərazisində reyd keçiriblər.