Şriftin ölçüsü :

Saytın rəngi :

Pandemiya dövründə vətəndaşlarımız xüsusi qaydalara riayət etsələr, pandemiyanı nəzarətdə saxlamağa və ona qalib gəlməyə müvəffəq olacağıq

10 iyul 2020 | 07:07

Covid-19-un artmasını nəzərə alaraq ölkəmizdə  lazımi tədbirlər davam etdirilir. Belə ki, 800 çarpayılıq xəstəxana istifadəyə verilmiş, 1-1,5 ay ərzində 1300 çarpayılıq yeni modul tipli xəstəxananın isə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
          COVİD-19 pandemiyasına yoluxmuş xəstələrin  müalicəsi üçün 10 modul tipli xəstəxanaların inşasına başlanmış, onlardan beşi (Bakı-2, Sumqayıt-1, Gəncə-1, Abşeron-1) artıq istifadəyə verilmişdir. Daha beş modul tipli xəstəxana isə inşa olunacaqdır.  Yeni modul tipli xəstəxanaların  olması səhiyyə sistemi üçün əlavə olaraq 2000 çarpayılıq ehtiyat  deməkdir. Yəni, biz koronavirusla bağlı ən pessimist  ssenariyə belə hazır olmalıyıq. Dövlətimiz Coronavirus pandemiyası ilə sərt mübarizə tədbirləri həyata keçirir.
      Hazırda respublikamızın  45 xəstəxanasında koronavirus xəstələri müalicə alır ki,  bu xəstəxanaların 36-sı Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə son dövrlərdə inşa olunmuşdur.
      Xəstəliyə yoluxmanın tempi yüksəlsə də  vəziyyət nəzarət altındadır. Əhalisinin sayı Azərbaycan ilə müqayisə olunacaq, səhiyyə sistemləri nümunəvi hesab olunan bir sıra qabaqcıl ölkələrdə yoluxanların sayı 60-70 min, ölənlərin sayı isə on minlərlə ölçülür. Bu o deməkdir ki, heç bir ölkə koronavirusa yoluxmaqdan sığortalanmış deyil, bütün qaydalar insanların sağlamlığının qorunmasına hesablanmışdır.
            Pandemiya dövründə xüsusi qaydalara riayət olunmalıdır. Hüquq-mühafizə orqanları tərəfindən qaydalara əməl olunmasına ciddi nəzarət edilir. Vətəndaşlarımız nizam-intizama ciddi riayət etsələr, pandemiyanı nəzarətdə saxlamağa və ona qalib gəlməyə müvəffəq olacağıq. Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Onlar sadə qaydaları belə gözləmirlər.
           Koronavirus (COVİD-19 ) pandemiyasi ilə mübarizə dövründə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Ghebreyesus Azərbaycan tərəfindən təşkil olunmuş Zirvə görüşündə iştirak etmiş və  danışıq zamanı əməkdaşlığın bundan sonra da davam edəcəyi bildirilmişdir.
          İqtisadiyyatımız ciddi əsaslar üzərində qurulmuşdur, pandemiya dövrünün çətinliklərinə baxmayaraq  Azərbaycan iqtisadiyyatı 5 ayın yekunlarına görə cəmi 1,7 faiz tənəzzülə uğrayıb.  Amma buna baxmayaraq, heç bir sosial layihə təxirə salınmamış, ixtisar edilməmişdir. Əksinə, bu il büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirli olmuşdur.
Bu dövrdə ön planda olan əsas məsələ insanların sağlamlığıdır. İnsanlarımızın sağlamlığı ilə müqayisədə iqtisadiyyat ikinci plandadır. Bu il məcburi köçkünlər üçün rekord sayda bina tikiləcək və 7 mindən çox köçkün ailəsi yeni mənzillə təmin olunacaqdır. Şəhid ailələri üçün 1500, qüsursuz xidmət edən zabitlərə 400 mənzilin verilməsi nəzərdə tutulmuş,85 min ailə, yəni, 300 mindən çox insanın  ünvanlı sosial yardım alması təmin olunacaqdır.
            Son vaxtlar dünya bazarında neftin qiymətində ucuzlaşma hallarının  müşahidə olunmasına baxmayaraq dövlətimizin iqtisadi imkanları olduqca genişdir. Neftin qiyməti hətta 14 dollar olsa belə  biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara bilərik.
Bu günə qədər ölkəmiz 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir. Biz bu haqda heç məlumat da vermirdik. Çünki biz bunu piar üçün yox, sadəcə olaraq, ölkələrə həmrəylik borcu kimi edirdik. Bizim fəlsəfəmiz belədir. Mən əminəm ki, əgər kimsə yardım üçün müraciət edirsə, imkan daxilində o xahişlər təmin olunmalıdır. Çünki biz ancaq əməkdaşlıq, xeyirxahlıq, yardım və dəstək hesabına daha çox dost qazana bilərik.
           Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün BMT-nin üzvü olan 130-dan çox dövlət tərəfindən dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, eləcə də dövlətimizin başçısına olan böyük etimadın və hörmətin növbəti göstəricisidir..BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə səs verən yeganə ölkə Ermənistan olmuşdur.. Dünya ictimaiyyəti bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə öz diqqətini artıracaq deyə Ermənistan etiraz etdi və yenidən təcrid edilmiş vəziyyətdə qaldı. Dağlıq Qarabağ münaqişəsində mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz. Çünki bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz tarixi ədalətə, beynəlxalq hüquqa əsaslanır.Ermənistan BMT-dən üstün deyil. Dövlətlərin özünümüdafiə hüququ var. Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparır. Şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni, sabah deyəcək ki, bu, erməni torpağıdır.
Ermənistanın daxilində demokratiyanın, insan haqlarının pozulması halları geniş vüsət alır. Avropa təşkilatları isə bütün bunlara göz yumur. Bunun əsas səbəbi erməni lobbisi və onun maliyyə vəsaitidir. Erməni lobbisi Ermənistanı bütün təşkilatlarda müdafiə edir.
Ermənistan hələ müstəqil ölkə kimi formalaşandan dərhal sonra öz əsl xislətini göstərdi. Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz. Onlar bir milyon Azərbaycan vətəndaşının və Ermənistanda yaşayan azərbaycanlıların elementar insan haqlarını pozublar. Azərbaycanın məqsədyönlü fəaliyyəti ona gətirib çıxarıb ki, Ermənistanın üzərində mövcud olan çətir artıq deşilib. Biz onların əsl mahiyyətini üzə çıxarırıq, onların faşist mahiyyətini ifşa edirik. Faşist Njdeyə abidə ucaldan və bu abidəni müdafiə edən faşistdir.
İndiki Ermənistan rəhbərliyi əvvəlki hakimiyyətin bütün çirkin əməllərini üzə çıxarır, Ermənistana 1998-ci ildən 2018-ci ilə qədər quldurların rəhbərlik etdiklərini qeyd edir. Onlar özləri öz cinayətkarlarını, rüşvətxorlarını ifşa ediblər.
1990-cı illərin sonlarında Ermənistan parlamentində terror hadisəsi onların əsl mahiyyətini üzə çıxardı. Ermənistan terrorçu ölkədir və 2018-ci ilə qədər quldur, kriminal, rüşvətxor xuntanın hakimiyyəti Ermənistanı bu acınacaqlı vəziyyətə gətirib çıxardı.
BMT-nin nizamnaməsinə görə Azərbaycanın özünümüdafiə hüququ var. Ermənistan BMT-dən üstün deyil əlbəttə. BMT, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, NATO kimi mötəbər beynəlxalq təşkilatların Azərbaycanın torpaq bütövlüyünü tanıyan qərarlar alması beynəlxalq aləmdə mövqeyimizi daha da gücləndirir.

Münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin növbəti görüşlərindən savayı heç bir diplomatik səy göstərilmir. ATƏT-in Media azadlığı üzrə nümayəndəsi,  ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutu işğal edilmiş Azərbaycan torpaqlarında qanunsuz məskunlaşmaya, ekoloji vəziyyətin korlanmasına səssiz qalır. Xunta rejiminin bölgəni narkotik maddələr və silah qaçaqmalçılığı bazasına çevirməsinə, keçirilmiş saxta seçkilərə münasibət bildirmirlər.
             Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” deyəndə Azərbaycan buna layiqincə cavab vermişdir.Paşinyanın bu ifadəsi Minsk qrupunun vasitəçiliyi ilə davam edən danışıqların mahiyyətini alt-üst etmiş, danışıqları faktiki olaraq əhəmiyyətsiz etmişdir. Minsk qrupu isə buna adekvat cavab verməmişdir.
             Azərbaycan müstəqillik qazandıqdan sonra dünya dövlətləri ilə yaxından sıx əməkdaşlıq edir. Bu gün   Azərbaycan artıq dünya miqyasında öz xeyirxah missiyası ilə seçilən nümunəvi dövlətdir. Yaranmış problemlərin öhdəsindən gəlməyi bacarır. Azərbaycan xalqı olaraq Coronavirus(COVİD-19) pandemiyası ilə mübarizədə  birlikdə qalib olacağıq. Biz birlikdə güclüyük!

Keçidlər