Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala şəhərinə su kəmərinin çəkilməsi işləri sürətlə davam etdirilir

03 iyul 2020 | 03:07

⁣Neftçala Rayon İcra Hakimiyyəti ⁣“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə birgə ⁣içməli su və kanalizasiya layihəsinin icrasını həyata keçirir. Su mənbəyi Şirvan-Muğan qrup su kəməri seçilib. Neftçala şəhərinə özüaxımlı rejimdə suyun verilməsini təmin etmək üçün Salyan şəhərinin yaxınlığında nisbətən relyef baxımından yüksəklikdə yerləşən tutumu 7500 kubmetr olan su anbarının və anbardan Neftçala şəhərinə yeni magistral su kəmərinin çəkilişinə başlanıb.⠀

Magistral su xəttinin tikintisi cari ilin sonuna qədər başa çatdırılacaq və kəmər mövcud içməli su şəbəkəsinə birləşdiriləcək. Qeyd edək ki, hazırda Neftçala şəhərində və rayonun bir sıra kəndlərində içməli su problemi müşahidə olunur. Son vaxtlar Kür çayında suyun azalması səbəbindən codluğun yüksəlməsi suyun keyfiyyətinə təsir edib və onu içməyə yararsız hala salıb. Buna görə də rayon mərkəzinin, eləcə də 10-dan artıq kənd və qəsəbənin içməli suya olan tələbatı maşınlarla daşının su hesabına təmin olunur.⠀

Layihəyə əsasən, gələcəkdə Neftçala şəhəri, eləcə də şəhər mərkəzinə bitişik Bankə və Kürkənd qəsəbələrində 118 km içməli su, 116 km kanalizasiya şəbəkələri, 8,6 km kanalizasiya kollektoru və tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 4000 kubmetr olan tullantı sutəmizləyici qurğunun inşası planlaşdırılır. Yeni yaradılacaq infrastruktur hesabına gələcəkdə magistral su kəmərinin marşrutu boyu su veriləcək kəndlər də daxil olmaqla bu layihədən 80 mindən şox sakin faydalanacaq.

 

Keçidlər