Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonu İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun sədrliyi ilə monitorinq Komissiyasının iclası keçirilmişdir

04 iyul 2020 | 04:07

Neftçala rayonu ərazisində Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması, rayon ərazisində fəaliyyət göstərən qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar və s.), ictimai-iaşə müəssisələrində, ictimai nəqliyyatda, müxtəlif ticarət və xidmət sahələrində bununla bağlı tətbiq olunan tələblərə riayət edilməsinin mütəmadi olaraq monitorinqinin aparılaraq pozuntu hallarının qarşısının alınması, pozuntu hallarına yol vermiş qurum və ya cavabdeh şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi ilə əlaqədar Neftçala Rayon İcra Hakimiyyətində Monitorinq Komissiyası yaradılmışdır.
Neftçala rayonu İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun sədrliyi ilə keçən iclasda monitorinq Komissiyasına Neftçala rayonunda Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması,sosial məsafənin gözlənilməsi, tibbi maskadan istifadə qaydalarına ciddi  əməl olunması məqsədilə rayon ərazisində mütəmadi monitorinqlərin  keçirilməsi tapşırılmışdır.
Monitorinq komissiyası tərəfindən hazırlanmış “Tədbirlər planı”nda Neftçala rayonu ərazisində fəaliyyət göstərən qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələr (topdan və pərakəndə satış obyektləri, bazar və s.), otel,restoran,müxtəlif iaşə, eləcə də digər xidmət sahələrinin rəhbərlərinə həmin obyektlərdə qeyd edilən məsələ ilə bağlı monitorinqlər keçiriləcəyi ilə bağlı xəbərdarlıq məktublarının (bildirişlər) göndərilməsi, dəfn mərasimləri istisna olmaqla yas mərasimlərinin keçirilməsinin qadağan edilməsinə nəzarət həyata keçirilməsi, qayda pozanlara qarşı inzibati təsir mexanizminin həyata keçirilməsinin təşkili, Pandemiya ilə əlaqədar ictimai yerlərdə sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi işində Rayon ictimaiyyətinin və dövri mətbuatın gücündən istifadə edilməsinin təşkili, bildirişlər verilmiş obyektlərdə monitorinqlərin keçirilməsinin təmin edilməsi və müəyyən edilmiş qanun pozğunluqlarına görə inzibati cəza tədbirlərinin tətbiq edilməsinin təşkili, rayon sakinlərindən Koronavirus infeksiyasına yoluxanlar barədə məlumatların əldə edilərək onların yaxın ətrafları və onlarla kontaktda olduqlarına görə barələrində məhdudiyyətlər tətbiq edilmiş şəxslərin dairəsinin müəyyən edilərək  tətbiq edilmiş təcrid tətbiqinə əməl edilməsi vəziyyətinə nəzarətin həyata keçirilməsi, Bankomatlar və “Milli ÖN” ödəmə vasitələrinin yerləşdiyi yerlərdə hər bir istifadədən sonra barmaqlarla təmasda olan hissələrin antibakterial vasitələrlə dezinfeksiya edilməsinin təmin edilməsinin təşkili nəzərdə tutulmuşdur.

Keçidlər