28 May Respublika günü münasibəti ilə tədbir keçirildi
27 may 2013-cü il tarixində Neftçala rayonunda Respublika günü təntənəli şəkildə qeyd edildi. İlk öncə rayon ictimaiyyəti başda Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev olmaqla Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular. Sonra tədbir iştirakçıları rayonun Şəhidlər xiyabanına gələrək Azərbaycan Respublikasının müstəqilliyi uğrunda şəhid olmuş Neftçala şəhidlərinin abidəsi önünə gül dəstələri qoydular. Rayon İcra Hakimiyyətinin başçısı Respublika günü münasibəti ilə rayon ictimaiyyətini təbrik etdi. Azərbaycanın istiqlal tarixinə qısa nəzər salan icra başçısı 95 il əvvəl Şərqdə ilk dəfə müstəqillik qazanan ölkəmizin şərəfli tarixindən danışdı. Bildirildi ki, ikinci dəfə müstəqilliyinə qovuşan ölkəmiz ağır və çətin günlər yaşayıb, müstəqilliyimizi itirmək təhlükəsi ilə üz-üzə qalıb. Həmin ərəfədə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndərin uzaqgörən siyasəti və məqsədyönlü fəaliyyəti sayəsində ölkəmizin müstəqilliyi dönməz və əbədi oldu.
Tədbir sonda Xanoğlan Məmmədov adına Mədəniyyət və Incəsənət sarayında konsert proqramı ilə davam etdirildi.