Şriftin ölçüsü :

Saytın rəngi :

Prezidentin fəaliyyətində ordu quruculuğu birinci yerdədir

28 iyun 2020 | 08:06

       Müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biri sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğudur. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açmışdır.

        Ölkəmiz müharibə şəraitində yaşayır və belə olan halda ordu ilə bağlı bütün  məsələlər ən başlıca vəzifədir.

       Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qurucusu ümummilli liderimiz Heydər Əliyev olan ordunun maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməyə başlanılmışdır. Prezidentin göstərişi ilə bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar  faktiki olaraq yenidən qurulmuş və hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri tamamlanmışdır.

        Orduda 20 il qüsursuz xidmət edən zabitlərə dövlət tərəfindən mənzillər verilmişdir. Bu, əlbəttə ki, böyük vəsait tələb edir və 1700 zabit mənzillə təmin olunmuşdur. Bu ilin sonuna qədər əlavə 419 zabitə dövlət tərəfindən mənzillər veriləcəkdir. Hərbçilərin əməkhaqları müntəzəm olaraq qaldırılmış və fərqlənmiş hərbçilər mükafatlandırılmışdır.
         Dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar təsdq edirlər ki, Azərbaycan Ordusu 50 ən güclü ordu sırasındadır.
         Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir.
        Ordumuzun müasir silah-sursat, texnika ilə təchizatı bundan sonra da davam etdiriləcəkdir. Eyni zamanda, ölkəmizin  döyüş təyyarələri modernləşdirilib, yüzdən çox isə hərbi və hərbi-nəqliyyat vertolyotumuz vardır. Bu da bizim böyük potensialımızdır.
        Ordumuzun döyüş qabiliyyətinin artırılması istiqamətində də  lazımi addımlar atılır. Həm 2016-cı ilin, həm 2018-ci illərin hərbi əməliyyatları göstərdi ki, ordumuz qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirmək əzmindədir.
         Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazi işğalçılardan azad edilmiş və strateji yüksəkliklərə çıxılmışdır.
      Düşmən qarşısında güclü ordu gördü. Istər beynəlxalq təşkilatlar, istər dünyanın konfliktologiya üzrə mütəxəssisləri, istərsə də erməni hərbi ekspertləri etiraf edirlər ki, Azərbaycanın hərbi potensialı Ermənistanın hərbi potensialından qat-qat güclüdür. Bu gücün təminatçısı ordu quruculuğunun dövlət üçün əsas prioritet məsələlərdən olması, Ali     Baş Komandanın orduya diqqəti və qayğısı, şəxsi nümunəsi, bilavasitə ordu quruculuğu prosesində formalaşan, inkişaf edən ordu ilə xalqın birliyinin dönməzliyidir.
     Ordunun gücü, döyüş qabiliyyəti həm də döyüş texnikalarıyla, silah-sursatla bağlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il dekabrın 16-da Müdafiə Sənayesi Nazirliyinin yaradılması haqqında imzaladığı sərəncam ordu quruculuğunun daha dinamik aparılmasını təmin edən sərancam idi. Qısa müddətdə silah, hərbi sursat istehsalına başlanıldı. Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300 dən çox adda hərbi təyinatlı məhsul istehsal olunmuşdur. Silahlı Qüvvələrin balansında olan zavodlarda təmir, yenidənqurma işləri aparılmış, bu müəssisələr indi ordumuzun inventarında olan hərbi texnikaların təmirini, ən müasir şəkildə modernləşdirilməsini həyata keçirməkdədir.
      Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daxili siyasəti Azərbaycanın dinamik iqtisadi inkişafına, xarici siyasəti torpaqlarımızın işğaldan azad edilməsinə və dünya dövlətlərinin ədaləti dəstəkləməsinə, işğalçının işğalçı kimi tanınmasına istiqamətlənmişdir.
     İşğal edilmiş torpaqlarda bu gün ermənilər qanunsuz məskunlaşma siyasəti aparır. Minsk qrupunun həmsədrlərinin bu məsələyə xüsusi diqqət yetirməyini istəyirik ki, bu qanunsuz məskunlaşma dayandırılsın və  Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəkdir.
     Hərbi gücümüz torpaqlarımızın işğaldan azad olunmasında və ərazi bütövlüyümüzün bərpasında öz rolunu oynayır və oynayacaqdır.   Azərbaycan Ordusunun gücü  ərazi bütövlüyümüzü bərpa etmək qüdrətindədir. Azərbaycan Ordusu xalqın qürur mənbəyidir. Biz həmişə  ordumuzun arxasındayıq  və hər zaman  ona  güvənirik.   


     

Keçidlər