Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi Neftçala rayonunda da qeyd olundu

11 may 2013 | 15:00

Şanlı yubiley təntənələri ölkəmizin hər yerində olduğu kimi Neftçalada da böyük sevincə, bitib-tükənməyən fərəhə səbəb olub. 10 may 2013-cü il tarixində Neftçala ictimaiyyətinin iştirakı ilə başda rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev olmaqla Ümummilli liderin abidəsi önünə gələrək onun qarşısına gül dəstələri və gül çələngi qoydular. Sonra tədbir iştirakçıları tərəfindən Heydər Əliyev mərkəzinin həyətində Ümummilli liderin həyat və yaradıcılığına həsr olunmuş kitab sərgisinə baxış keçirildi. Günün sonunadək Neftçala rayonunda  ictimaiyyət nümayəndələri, ziyalılar yubiley münasibətilə ulu öndər Heydər Əliyevin  abidəsini ziyarət ediblər. Abidə önünə gül-çiçək dəstələri düzülüb.
       Axşam saatlarında rayonun Hüseyn Cavid adına mədəniyyət və istirahət parkında yubiley münasibətilə respublikanın tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə geniş bayram konserti keçirildi.  Konsert proqramı möhtəşəm bayram atəşfəşanlığı ilə başa çatmışdır.

Keçidlər