Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunun ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri üçün yekun qiymətləndirmə imtahanı və Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan keçirilmişdir

20 iyun 2020 | 04:06

⁣⁣19 iyun 2020-ci il tarixində Neftçala rayonunun ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri üçün yekun qiymətləndirmə imtahanı və Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan keçirilmişdir. İmtahanların keçirilməsi üçün 3 mərkəz (Neftçala şəhər Samid İmanov adına 1 saylı və Əlif Piriyev adına Neftçala şəhər 2 saylı tam orta məktəbləri, Mehman Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziya) ayrılmışdır.⠀⠀
⠀⠀
İmtahan binaları dezinfeksiya olunaraq imtahana hazır vəziyyətə gətirilmişdir. İştirakçılar imtahana tibbi maska ilə gəlmiş və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etmiş, aralarında 2 metrlik məsafəni gözləməklə yerə çəkilmiş xətlər üzrə hərəkət etmişlər.⠀⠀
⠀⠀
İmtahan vermiş bütün tələbələrə uğurlar arzu edir, yüksək nəticələr əldə etməklərini diləyirik!

Keçidlər