Neftçala rayonu ərazisində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində tədris prosesi davam etdirilir
02 mart 2020-ci il tarixdə Nazirlər kabineti yanında Operativ Qərargah tərəfindən təhsil müəssisələrində tədris, təlim- tərbiyə prosesinin 03 mart 2020-ci il tarixindən Koronovirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədi ilə dayandırılması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılmışdır və bununla bağlı bütün tədbirlər təxirə salınmışdır. Buna baxmayaraq, Neftçala rayon körpələr evi-uşaq bağçalarında təlim tərbiyə prosesi hal-hazırda tərbiyəçilər tərəfindən online şəkildə davam etdirilməkdədir. Körpələr evi-uşaq bağçasının rəhbərliyi və Neftçala rayon İcra Hakimiyyətinin məsul şəxsləri tərəfindən dərslərin təşkilinə nəzarət edilir, uşaqların həvəsləndirici video çarxları və şəkillərinin bağçanın sosial şəbəkələrində işıqlandırılması hər zaman diqqətdə saxlanılır. Əlamətdar günlərdə və bayramlarda bağçaların şəxsi səhifələrində uşaqların aktivliyi daha da artır.
Neftçala rayon İcra Hakimiyyəti ilə rayon körpələr evi-uşaq bağçalarının birgə fəaliyyətinin nəticəsidir ki, 3 saylı bağçanın tərbiyəçisi Cəfərova Əfruzə tərəfindən keçirilən Ətraf mühitlə tanışlıq dərsindən “İlin fəsilləri” mövzusunda online dərsdə Neftçala rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Məmmədova Gövhər iştirak etmişdir. Belə iştiraklar dərslərin keyfiyyətinin artmasına, uşaqların və valideyinlərin pandemiya ilə bağlı daha çox maarifləndirilməsinə müəllim və uşaq kontingentinin həvəslənməsinə səbəb olur. Belə iştiraklar digər bağçaların da dərs proseslərinə tətbiq edilir.