Neftçala rayonunda Koronavirus (COVID-19) pandemiyası dövründə işsiz şəxslərin bir qisminin yaradılmış yeni iş yerlərinə qəbulu yekunlaşıb
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Koronavirus (COVID-19) pandemiyası dövründə işsiz şəxslərin bir qisminin 2 aylıq müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə Neftçala rayonunda yaradılmış 273 yeni iş yerinə qəbul yekunlaşıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən icra olunan proqrama cəlb edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanır və elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilir.
Neftçala rayonunda müxtəlif əraziləri üzrə, qəsəbə və kəndlərə üstünlük təşkil etməklə proqram çərçivəsində ictimai işlərə cəlb olunan 273 nəfər işə götürülənlər ictimai iş yerləri üzrə dizenfeksiya işlərini həyata keçirən orqanlarda köməkçilər (küçələrin, bağların, ictimai iaşə yerlərinin və həyətyanı sahələrinin dizenfeksiyası), 65 yaşdan yuxarı tənha şəxslər üçün xidmətlərin göstərilməsi (ərzaq, dərman vasitələrinin çatdırılması və s.), baytarlıq və hazırda tətbiq olunan digər işlərə cəlb ediləcək.