Xəzər dənizinin daimi külək əsasında Kür çayına qarışması nəticədə Neftçala rayonu və bir sıra qəsəbə və kəndlərdə içməli suda şoranlaşma problemi yaradıb
Neftçala rayonunda Xəzər dənizinin daimi külək əsasında Kür çayına qarışması nəticədə Neftçala rayonu və bir sıra qəsəbə və kəndlərdə içməli suda şoranlaşma problemi yaradıb.⠀
⠀⠀⠀
Məsələ artıq bir neçə gündür ki, operativ şəkildə Neftçala Rayon İcra Hakimiyyətinin nəzarətinə alınıb və "Azərsu" ASC tərəfindən Neftçala rayonu ərazisində və kəndlərdə əhali içməli su təmin olunub. Artıq 3 (üç) gündür davamlı olaraq səhər saatlarından axşam saatlarına kimi, dayanmadan xüsusi texnikalar hərəkət edir. Ümumilikdə Neftçala şəhərində 30-dan yuxarı çoxmənzilli binaya və məhəllələrə, həmçinin 7 müxtəlif kəndə su təminatı həyata keçirilib.⠀⠀⠀
⠀
Əlavə olaraq hər hansı problem yarandıqda sakinlər Rayon İcra Hakimiyyətinin yerlərdə olan icra nümayəndəliklərinə və ya AzərSu ASC-in qaynar xəttinə (+99455 457 92 27) müraciət edə bilərlər.