Şriftin ölçüsü :

Saytın rəngi :

⁣Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tərəfindən növbəti onlayn qəbul həyata keçirilib

24 may 2020 | 02:05

Prezident İlham Əliyevin tapşırığına əsasən İcra Hakimiyyəti orqanlarında vətəndaşların müraciətlərinin və problemlərinin öyrənilməsi istiqamətində Neftçala Rayon İcra Hakimiyyəti başçısı Mirhəsən Seyidov tərəfindən növbəlilik prinsipi əsasında karantin dövründə onlayn qaydada qəbul edilən vətəndaşların ümumi sayı 225 nəfərə çatıb.⠀
Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən əlavə olaraq karantin başlamadan öncə şəhid ailələlərindən 13 nəfər şəxsin birbaşa qəbulu və 23 nəfərin inzibati binada qəbulu həyata keçirilib. Vətəndaşların müraciət saylarının çox olmasını nəzərə alaraq, yerli icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə vətəndaşlarla yerlərdə də qəbul həyata keçirilib. Nümayəndəliklərdə ümumi 207 nəfər vətəndaş müraciəti qəbul olunub. Ümumilikdə vətəndaşların qəbulu və müraciətlərin dinlənilməsi üzrə say 500 nəfərə yaxınlaşıb. Vətəndaşlar tərəfindən qaldırılmış müraciətlər aidiyyəti üzrə araşdırılaraq, vətəndaşlara sürətli şəkildə geridönüş edilib, problemlərin cavabı müsbət və ya müraciət qismən həll edilərək vətəndaşlara qanunamüvafiq qaydada cavablar təqdim olunub. Eyni zamanda yerli icra hakimiyyəti səlahiyyətlərinə daxil olmayan məsələlər ilə bağlı mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələlər qaldırılıb.

Keçidlər