Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların hüquqlarının bərpası məqsədi ilə monitorinq tədbirlərinə start verilib

22 may 2020 | 02:05

⁣Prezident İlham Əliyevin tapşırığına əsasən Neftçala rayon sabiq İcra Hakimiyyətinin başçısı tərəfindən və müxtəlif şəxslərin yaxından iştirakı ilə vətəndaşların sosial kartlarının mənimsənilməsi və müəyyən şəxslər tərəfindən alınaraq vətəndaşların əmək fəaliyyətindən sui istifadə edilməsi faktlarının araşdırılması, vətəndaşların hüquqlarının bərpası məqsədi ilə monitorinq tədbirlərinə start verilib. ⠀
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən aztəminatlı şəxslərin sosial işlərə cəlb olunması istiqamətində 2019-cu ildən bu günki tarixə qədər müqavilə bağlanmış şəxslərlə bağlı yerlərdə və iş yerləri təyin olunmuş məkanlarda operativ şəkildə monitorinq tədbirlərinə başlanılıb. Vətəndaşların sosial işlərə cəlb olunmasının daha yaxından monitorinq olunması üçün Neftçala rayon Məşğulluq İdarəsinin iştirakı ilə vətəndaşlar dəvət olunaraq, rayon İcra Hakimiyyətinin Sosial-İqtisadi şöbəsi və Ərazi İdarəetmə Şöbələrinin, yerli icra nümayəndələrinin birlikdə iştirakı ilə iltizamlar imzalanır. Mənzil Kommunal Təsərrüfat İstismar Birliyi tərəfindən yaşıllaşdırma və müxtəlif təmizlik işlərinə cəlb olunmuş şəxslər və sahə rəisləri haqqında məlumatlar yoxlanılır.

Keçidlər