Şriftin ölçüsü :

Saytın rəngi :

⁣Neftçala rayonunda qan vermə aksiyası keçirilib

14 may 2020 | 07:05

Koronavirus pandemiyasının dünyada sürətlə yayıldığı bir vaxtda talassemiya və hemofiliya xəstələrinin qan çatışmazlığı ilə üzləşdiyi vəziyyətdə problemə dəstək olmaq məqsədi ilə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov və könüllü şəkildə vətəndaşlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən başladılan qan vermə aksiyasına qoşularaq könüllü olaraq qan veriblər.⠀
Respublika Qan Bankının Şirvan regional bölməsi və Neftçala Rayon Mərkəzi Xəstəxanası tərəfindən təşkil olunan qan vermə aksiyası Heydər Əliyev Mərkəzində həyata keçirilib.⠀

 

Keçidlər