Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir.
BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin bu nüfuzlu təşkilata sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir.
2020-ci il mayın 4-də Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə görüşü keçirilmişdir. 40-a yaxın ölkənin dövlət və hökumət başçılarının, Xarici İşlər nazirlərinin iştirak etdiyi sözügedən tədbir bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir.Videokonfrans zamanı Prezident İlham Əliyev tərəfindən təşəbbüs irəli sürüldü və “özünəqapanmasindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirərək dünyanın dörd bir yanından müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirə bildi.
Dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək vermişdir. Azərbaycan koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırmışdır. Eyni zamanda, əlavə olaraq Ümumdünya Səhiyyə Təşkilatına bir daha könüllü maliyyə töhfəsi ayrılacaqdır ki, bu dəstək zəruri ehtiyacların qarşılanması üçün koronovirusdan ən çox zərər çəkmiş Hərəkat üzvlərinə yönəldiləcəkdir. Habelə, Azərbaycan tərəfindən bir sıra ölkələrə də ikitərəfli əsasda yardım həyata keçirilmiş və keçirilməkdədir.
Dünyanın bir çox lider dövlətləri,eləcə də, Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi tərəfindən Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilir, effektiv nəticələrə görə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur. Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər cərgəsində gəlir.
Pandemiya dövründə rayonumuzda da bir sıra maarifləndirici tədbirlər,dezinfeksiya tədbirləri həyata keçirilmiş, aztəminatlı ailələr,bir sıra həssas kateqoriyadan olan insanlara ərzaq yardımları və sosial xidmətlər göstərilmişdir.Bu tədbirlər çərçivəsində I Vitse-Prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə, Heydər Əliyev Fondu tərəfindən, Regional İnkişaf İctimai Birliyinin (RİİB) dəstəyi ilə Neftçala rayonunda 1500 ailəyə, Neftçala rayon İcra Hakimiyyəti tərəfindən 730 ailəyə, Milli Məclisin üzvləri, müxtəlif dövlət qurumları, özəl təşkilatlar və müəssisələr, şirkətlər, həmkarlar təşkilatları və bələdiyyələr, fərdi sahibkarlar və fiziki şəxslər tərəfindən 2500 ailəyə ərzaq yardımları göstərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Neftçala rayon şöbəsi tərəfindən, 65 yaşdan yuxarı şəxslərə mütəmadi olaraq sosial işçilər tərəfindən sosial-məişət xidməti həyata keçirilir.