Şriftin ölçüsü :

Saytın rəngi :

Cəmiyyətin əsaslarını sarsıdan, çirkin əməllərə qarşı amansız mübarizə aparılır

13 may 2020 | 12:05

Ölkəmizdə aparılan ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Bu sahədə əldə edilmiş uğurlar –dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların hələ də təkrarlanması faktları da müşahidə olunmuşdur. Bu cür əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi zəruri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin təyin edilməsi Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür. 

 Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin, Mədəniyyət Nazirliyinin yüksək vəzifəli şəxslərinin səlahiyyətlərindən sui istifadə etmələri, qulluq mənafeyinə zidd olaraq çoxsaylı qanunazidd əməllərə yol vermələri cəmiyyətimiz tərəfindən bir mənalı olaraq qətiyyətlə pislənmiş yol verilən çirkin əməllərə görə barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Rayon ərazisində də bu hallara qarşı barışmaz mübarizə tədbirləri həyata keçirilir. Rayonun Dövlət Torpaq Fonduna aid əraziləri müxtəlif yollarla qeyri-qanuni zəbt edən, təyinatına uyğun istifadə etməyən, qanunvericiliyin tələblərini ciddi şəkildə pozan məmur özbaşınalığının qarşısının alınması məqsədilə, Neftçala rayonu üzrə Dövlət Torpaq Fonduna aid ərazilərdə torpaqlardan təyinatı üzrə səmərəli istifadə vəziyyətinin yoxlanılması, torpaq qanunvericiliyinin tələblərini pozmaqla inzibati xəta törətmiş fiziki və hüquqi şəxslərin müəyyən edilməsi, torpaq icarədarlarının torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə, torpaq üzərində qoyulmuş servitutlara əməl etməsinin araşdırılması məqsədilə monitorinq aparılması ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının 03 aprel 2020-ci il tarixli 18 nömrəli sərəncamı ilə Rayon Komissiyası yaradılmış və hazırda komissiya öz işini davam etdirir.

Koronovirus pandemiyası (COVİD-19) dövründə vətəndaşların qəbulu, vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması, vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaş müraciətlərinə həssas yanaşılması məqsədilə 05 mart -05 may 2020-ci il tarixlərində Rayon İcra Hakimiyyətinə qəbula yazılmış 610 nəfər vətəndaşdan 175 nəfəri elektron qaydada (skayp və zoom proqramları) qəbul edilmiş, müraciətləri araşdırılmış və aidiyyəti üzrə cavab verilmişdir.

 

Keçidlər