Şriftin ölçüsü :

Saytın rəngi :

Korrupsiyanın qarşısının alınması məqsədilə rayonda qabaqlayıcı tədbirlər gücləndirilir

13 may 2020 | 12:05

Dövlət başçısı cənab İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən genişmiqyaslı fəaliyyəti, qlobal təşşəbbüsləri, sosial-iqtisadi kursu, siyasi islahatları, daxili və xarici siyasəti, eyni zamanda son vaxtlar dünyanı cənginə almış koronavirus pandemiyası dövründə apardığı qabaqlayıcı tədbirləri xalqımız ürəkdən dəstəkləyir. Bunu Möhtərəm Prezidentimizə vətəndaşlar tərəfindən ünvanlanmış minnətdarlıq məktubları, keçirilən rəy sorğuları bir daha sübüt edir.
Həyata keçirilmiş əsas islahatlar mərkəzində Korrupsiya ilə mübarizədə daha təsirli nəticələr əldə olunması ilk öncə, ictimai sektorda şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı cəmiyyətin həssaslığının artırılması və bu istiqamətdəki tədbirlərin davamlılığının təmin edilməsi dayanır. Təəssüf  hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən bu sahədə vəzifəli şəxslərə xəbərdarlıq etməsinə baxmayaraq, bir sıra icra başçıları, o cümlədən Neftçala rayonun keçmiş icra başçısı İsmayıl Vəliyev, digər vəzifəli şəxslər tərəfindən cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran əməllərə son qoyulmamış, mövcud korrupsiya faktlarına görə hüquq-mühafizə orqanları tərəfindən cinayət işləri başlanılmışdır. Bu hərəkətlərin dövlətimizin və xalqımızın mənafeyinə ciddi zərbə vurması, dövlətçiliyimizə böyük xəyanət kimi qiymətləndirilməsi, ölkə rəhbərliyi tərəfindən bu cür hallar qarşı bundan sonra da barışmaz olması barədə maarifləndirmə tədbirlərinin aparılması ilə bağlı hüquq mühafizə orqanlarının rəhbərlərinə, inzibati ərazi nümayəndələrinə və bələdiyyə sədrlərinə müvafiq tapşırıq və tövsiyələr verilmişdir. Hal-hazırda bu istiqamətdə maarifləndirmə xarakterli işlər həyata keçirilir.

Keçidlər