Ulu Öndər Heydər Əliyevin 97-ci ildönümü münasibəti ilə 14-29 yaşlı Neftçala rayon gəncləri arasında keçirilən “GƏNCLƏR BİZİM GƏLƏCƏYİMİZDİR!” adlı inşa yazı müsabiqəsi uğurla yekunlaşdı
Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Neftçala rayon Gənclər və İdman İdarəsinin təşkilatçılğı ilə 1-8 may 2020-ci il tarixlərində Ulu Öndər Heydər Əliyevin 97-ci ildönümü münasibəti ilə 14-29 yaşlı Neftçala rayon gəncləri arasında keçirilən “GƏNCLƏR BİZİM GƏLƏCƏYİMİZDİR!” adlı inşa yazı müsabiqəsi uğurla yekunlaşdı.⠀
Müsabiqədə müxtəlif yaş qruplarından və fərqli statuslardan – şagird, bakalavr tələbə, magistr tələbə, vəzifəsi müəllim, mühasib, inspektor olan 29 gənc iştirak etdi. İnşa yazısında hazır mətn və cümlələrdən istifadə üstünlük verməyən, öz şəxsi fikir və düşüncələrini qələmə alan, mövzunu əhatə edən, inşaya xas poetizm, obrazlılıq hiss olunan və xüsusən də qoyulan tələblərə riayət edən müəlliflər qalib seçildilər.⠀
⠀
I yer – Ağayeva Şəfa Məhərrəm qızı⠀
II yer – Abbasova Zülfiyyə Xəqani qızı⠀
III yer – İsmayılova Fatimə Asif qızı⠀
⠀
Qaliblərimizi təbrik edir, gələcək faəliyyətlərində uğurlar arzulayırıq. Diplom və hədiyyələr karantin müddəti bitdikdən sonra təşkil ediləcək təltif olunma