Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev”, “Zərifə Əliyeva” və “İlham Əliyev” kitablarının Neftçalada təntənəli təqdimat mərasimi

02 aprel 2013 | 15:00

      03 aprel 2013-cü il tarixdə Neftçala rayonunun Xanoğlan Məmmədov adına Mədəniyyət və İncəsənət sarayında Milli Məclisin deputatı Hüseynbala Mirələmovun “Heydər Əliyev”, “Zərifə Əliyeva” və “İlham Əliyev” kitablarının təntənəli təqdimat mərasimi keçirilmişdir. Xalqımız şanlı yubileylər ərəfəsindədir. May ayında ümummilli lider Heydər Əliyevin və onun ləyaqətli ömür-gün yoldaşı, görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın 90 illik yubileylərini təntənə ilə bayram edəcəyik. Yubileylər ərəfəsində rayonumuzda keçirilən görüş yaddaşlarda qaldı. Ümummilli lider Heydər Əliyevə, akademik Zərifə xanım Əliyevaya möhtərəm Prezidentimiz İlham Əliyevə həsr olunmuş və Moskvanın “Molodaya qvardiya” nəşriyyatında nəşr olunmuş “Görkəmli adamların həyatı” seriyasından olan 3 kitabın “Heydər Əliyev”, “Zərifə Əliyeva” və “İlham Əliyev” kitablarının müəllifi, tanınmış yazıçı, texnika elmləri doktoru, professor, Milli Məclisin deputatı Hüseynbala Mirələmovla baş tutan görüş yəqin ki, heç bir vaxt rayon ictimaiyyətinin yadından çıxmayacaq.
      Hörmətli Hüseynbala müəllim yubileylər ərəfəsində rayonumuza heç də tək gəlməmişdir. Milli Məclisin üzvləri Hadi Rəcəbli, Eldar İbrahimov, Nizami Cəfərov, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə və xeyli sayda kütləvi informasiya vasitələrinin nümayəndələri də onunla birlikdə idilər.
     Rayon İcra Hakimiyyətinin başçısı hörmətli İsmayıl Vəliyev, hörmətli qonaqlar və rayon ictimaiyyətinin nümayəndələri ilk öncə ümummilli lider möhtərəm Heydər Əliyevin abidəsi önünə gələrək buraya tər çiçəklər düzdülər, ulu öndərə özlərinin dərin hörmət və ehtiramlarını bildirdilər. Sonra tədbir şəhər Mədəniyyət və İncəsənət sarayında davam etdirildi. Tədbir başa çatdıqdan sonra hörmətli qonaqlar filologiya elmləri doktoru, professor İmamverdi Əbilovun evinə baş çəkdilər. Burada səmimi söhbət oldu.

Keçidlər