Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
30 aprel 2020 | 03:04
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb.⠀
⠀
Sərəncama əsasən Neftçala rayon sakinlərindən müharibədə iştirak etmiş - 2 nəfər, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin yoldaşlarından - 61 nəfər, sağ qalan arxa cəbhə iştirakçılarından isə - 12 nəfər birdəfəlik yardımdan yararlanacaqlar.